Özəl şirkətin əməkdaşı Cəbrayılda Minaya Düşüb Yaralandı » DaylyAz
Aktual xəbərlər

Özəl şirkətin əməkdaşı Cəbrayılda minaya düşüb yaralandı

Bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ANAMA məlumat yayıb.

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Rəşad Nəriman oğlu Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Rəşad Məmmədov ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Mənbə: https://qafqazinfo.az/news/detail/ozel-sirketin-emekdasi-cebrayilda-minaya-dusub-yaralandi-494596

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button