Paşinyan İlham Əliyevə Təşəkkür Etdi » DaylyAz
Aktual xəbərlər

Paşinyan İlham Əliyevə təşəkkür etdi

“Artıq səkkiz aydır Ermənistan-Azərbaycan sərhədində tam sülh bərqərar olub”.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə həmin ölkənin Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı danışıb. 

“Sərhədyanı kəndlərin sakinləri artıq bir neçə aydır atəş səsləri eşitmirlər. Üstəlik, müstəqilliyin qazanılmasından sonra ilk dəfə olaraq, 2025-ci ilin noyabrında qatar Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Bu, 2025-ci ilin oktyabrında Azərbaycan Prezidentinin Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldıracağını elan etməsindən sonra baş verib. Mən bu qərarına görə Azərbaycan Prezidentinə minnətdaram”, – Paşinyan deyib.

Mənbə: https://qafqazinfo.az/news/detail/pasinyan-ilham-eliyeve-tesekkur-etdi-501850

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button