Paşinyanı Təhqir Etmişdi - Ev Dustağı Oldu » DaylyAz
Aktual xəbərlər

Paşinyanı təhqir etmişdi – Ev dustağı oldu

Ermənistanın Baş naziri Nikol Paşinyanı təhqir etməkdə təqsirləndirilən bloqer Ayk Yeqyan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. 

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan bildirib. 

Vəkilin sözlərinə görə, sözügedən əmələ görə qanunla həmçinin cərimə və ya ictimai işlər kimi cəzalar da nəzərdə tutulsa da, İstintaq Komitəsi məhz həbs qərarı çıxarıb:

“Aykın həbslə bir araya sığmayan bir sıra xəstəlikləri var. O, həkimin təyinatı ilə ağrıkəsici və psixotrop preparatlar da daxil olmaqla, xüsusi dərmanlar qəbul edir. Ayk həm sülh, həm də müharibə dövründə hərbi xidmətdən azad edilib, kənddə valideynləri olmadan həyat yoldaşı və birinci qrup əlil nənəsi ilə birlikdə yaşayır. O nənəsinin yeganə himayədarıdır”. 

Qeyd edək ki, Ayk Yeqyan “TikTok”un Ermənistan seqmentində “Ayvazovski” kimi tanınır. O, həmin sosial şəbəkədəki paylaşımlarında N.Paşinyanı təhqir etməkdə təqsirləndirilir. 

Mənbə: https://qafqazinfo.az/news/detail/pasinyani-tehqir-etmisdi-ev-dustagi-oldu-500411

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button