Kriminal
Polis qanunsuz saxlanılan 5 avtomatı daha aşkarladı

Martın 13-ü polis əməkdaşları Azərbaycanın paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə daha 5 avtomat və 19 tüfəng aşkar edib.
“Qafqazinfo” xəbər mərkəzinin məlumatına əsasən DİN-in Mətbuat xidməti bu barədə rəsmi məlumat yayıb.
Bildirilib ki, silahlardan başqa, 16 patron darağı və 1928 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam edir.
Mənbə: https://qafqazinfo.az/news/detail/polis-qanunsuz-saxlanilan-daha-5-avtomati-askarladi-502213







