Polkovnik-leytenant Saleh Qafarovun övladlarına 20 Min Manat ödəniləcək » DaylyAz
Kriminal

Polkovnik-leytenant Saleh Qafarovun övladlarına 20 min manat ödəniləcək

2017-ci ildə Tərtər hadisələri zamanı ölən polkovnik-leytenant Saleh Qafarovun iki övladına kompensasiya ödəniləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.

İddiaçılar zabit atalarının ölümü ilə bağlı hərəsinə 600 min manat olmaqla təzminat tələb ediblər.

Bu iş üzrə cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Halbuki, cavabdehin nümayəndəsi iddia ilə razılaşmayaraq bildirməyib ki, bu qurumun hərəkətləri nəticəsində iddiaçılara hər hansı zərər dəyməyib.

Məhkəmə ümumi qərara əsasən, mərhum polkovnik-leytenantın övladlarının hərəsinə 10 min manat olmaqla, ümumilikdə 20 min manat təzminat ödəniləcək.

Qərardan həm iddiaçılar, həm də Maliyyə Nazirliyi narazı qalıb.

Qeyd edək ki, “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra mərhum Saleh Qafarova da bəraət verilib. 2024-cü ildə onun həyat yoldaşı Natəvan Qafarovaya 50 min manat təzminat ödənilib.

“Tərtər işi”nin istintaqı yenilənəndən sonra içlərində yüksək rütbəli zabitlər də olmaqla bir neçə hərbçi həbs edilib. Onların barəsində məhkəmə hökm çıxarıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/terter-hadiselerinde-olen-polkovnikin-ovladlarina-20-min-verilecek-495396

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button