Prezident Həmkarını Təbrik Etdi » DaylyAz
Politika

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qana Prezidenti Con Dramani Mahamaya təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Qana Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qana arasında münasibətlərin inkişafı, əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Qana xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Mənbə: https://qafqazinfo.az/news/detail/prezident-hemkarini-tebrik-etdi-501304

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button