Politika
Prezident onu vəzifəsindən azad etdi – Yeni təyinat

Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
“Qafqazinfo” xəbbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin olunub.
Qeyd edək ki, Rauf Vəliyev 2013-cü ildən sözügedən vəzifəni icra edirdi.
Mənbə: https://qafqazinfo.az/news/detail/prezident-onu-vezifesinden-azad-etdi-yeni-teyinat-495660







