Prezidentin Qızı Və Gəlini Uşaqlarla Belə əyləndilər - Fotolar » DaylyAz
Politika

Prezidentin qızı və gəlini uşaqlarla belə əyləndilər – Fotolar

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə 4 nömrəli uşaq evində olublar.

“Qafqazinfo”nun xəbərinə görə, ziyarət zamanı uşaq evinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, 4 nömrəli uşaq evi valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqlara xidmət göstərir. Hazırda uşaq evinin 64 sakini var. Onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər göstərilir.

Qeyd olunub ki, müəssisə 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunub. Fond uşaq evinin sakinlərini daim diqqətdə saxlayır, burada mütəmadi olaraq şənliklər, əyləncəli tədbirlər təşkil edilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/prezidentin-qizi-ve-gelini-usaqlarla-bele-eylendiler-fotolar-498115

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button