“Qəbələ” Onunla Anlaşdı » DaylyAz
Idman Xəbərləri 206

“Qəbələ” onunla anlaşdı

“Qəbələ” qış fasiləsində ikinci transferini reallaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, “Qırmızı-qaralar” nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb. 31 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.

Karyerasına İrlandiyanın “Bray Wanderers” komandasında başlayan futbolçu daha sonra bu ölkədə “Bohemians” və “Waterford” kimi klublarda çıxış edib.

Son klubu Özbəkistan Super Liqa təmsilçisi “Andijon” olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb. Akinade həmçinin “Andijon”un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.

Qeyd edək ki, komanda bundan öncə müdafiəçi Seydina Keyta ilə də müqavilə bağlayıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/qebele-onunla-anlasdi-494626

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button