Qətlinə Görə Oğlu Tutulan şəxs Direktor Müavini Imiş - Foto » DaylyAz
Kriminal

Qətlinə görə oğlu tutulan şəxs direktor müavini imiş – Foto

Ötən gecə Gəncənin Gülüstan qəsəbəsində qətlə yetirilən 44 yaşlı Elçin Nağıyev təhsil işçisi imiş.

“Qafqazinfo” xəbər verir ki, ixtisasca idman müəllimi olan şəxs Kəlbəcər rayon 71 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində işləyirmiş.

E.Nağıyevi güllələyərək öldürməkdə şübhəli bilinən 17 yaşlı oğlu K.N. saxlanılıb.

Bildirilib ki, K.N. mərhumun 4 övladından ikincisidir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisənin hansı zəmində baş verməsi araşdırılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/qetline-gore-oglu-tutulan-sexs-direktor-muavini-imis-foto-501919

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button