Qəzaya Uğrayan AZAL Təyyarəsi Ilə Bağlı Kompleks Addımlar Atılacaq » DaylyAz
Politika

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq

Azərbaycan və Rusiya 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Rusiya Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbulunda bildirilib.

Qeyd olunub ki, addımlar Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq atılacaq:

“Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaq niyyətə diqqət yetirilib”.

Mənbə: https://qafqazinfo.az/news/detail/qezaya-ugrayan-azal-teyyaresi-ile-bagli-kompleks-addimlar-atilacaq-500764

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button