Qadınlar Arasında Keçirilən 3x3 Basketbol üzrə FİBA Çempionlar Kubokunda Yarımfinal Oyunları Baş Verdi. » DaylyAz
Idman Xəbərləri 206

Qadınlar arasında keçirilən 3×3 basketbol üzrə FİBA Çempionlar Kubokunda yarımfinal oyunları baş verdi.

“Qafqazinfo” xəbər verir ki, millimiz yarımfinal oyununda basketbolun yaradıcıları sayılan ABŞ yığması üzərində 22:20 hesablı qələbə qazanaraq, finala yüksəlib. Finalda rəqibimiz Niderland seçməsi olacaq. Oyun Bakı vaxtı ilə saat 14:05-də baş tutacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.

Mənbə: https://qafqazinfo.az/news/detail/qadinlardan-ibaret-3×3-millimiz-fiba-cempionlar-kubokunun-finalinda-502284

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button