“Qalatasaray” 3 Cavabsız Qolla Liderliyini Möhkəmləndirdi » DaylyAz
Idman Xəbərləri 206

“Qalatasaray” 3 cavabsız qolla liderliyini möhkəmləndirdi

Futbol üzrə Türkiyə Superliqasında XXVI turun oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha 4 qarşılaşma keçirilib.

“Qalatasaray” öz meydanında “Başakşəhər”ə 3 cavabsız qolla qalib gələrək, xallarını 64-ə çatdırıb və liderliyini möhkəmləndirib.

“Trabzonspor” isə evdə “Rizəspor”u 1:0 hesabı ilə məğlub edib. Qara dəniz derbisindəki qələbədən sonra “Trabzonspor” 2-ci pillədəki “Fənərbaxça” ilə xallarının sayını bərabərləşdirib – 57.

Digər matçlarda “Konyaspor” səfərdə “Kocaelispor”u 2:1 hesabı ilə məğlub edib, “Göztəpə” isə evdə “Alanyaspor”la hesabları bərabərləşdirib – 2:2.

Mənbə: https://qafqazinfo.az/news/detail/qalatasaray-3-cavabsiz-qolla-qalib-geldi-502269

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button