“Qarabağ” Bu Gün Iki Oyun Keçirəcək » DaylyAz
Idman Xəbərləri 206

“Qarabağ” bu gün iki oyun keçirəcək

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Xorvatiya təmsilçisi “Osiyek”lə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

“Osiyek” hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Ağdam təmsilçisi bu gün  Polşanın “Zaqlebye” klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.

“Zaqlebye” hazırda Polşa çempionatında 18 turdan sonra 28 xalla 5-ci pillədədir.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni 5:0 hesabı ilə məğlub etmişdi.

Mənbə: https://qafqazinfo.az/news/detail/qarabag-bu-gun-iki-oyun-kecirecek-495600

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button