"Qarabağ" Fransa Milli Yığmasının Vingerinə Təklif Göndərdi. » DaylyAz
Idman Xəbərləri 206

“Qarabağ” Fransa milli yığmasının vingerinə təklif göndərdi.

Bu mövsüm Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləməyi bacaran “Qarabağ” artıq indidən yay transfer bazarlarına hazırlıq gördür.

“Qafqazinfo” “Sportinfo.az”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb.

“Köhlən atlar”ın rəhbərliyi Qurban Qurbanovun xidmətinə maraq göstərdiyi Maliyəli Jali Muaddiblə danışıqlara başlayıb.

Qarabağ 25 yaşlı vingerə 3+1 illik müqavilə təklif edib. 2019-cu ildə Fransanın U-19 yığmasına çağırılmış və burada 1 oyuna 1 qol vurmuş yarımmüdafiəçi “Lill”nin yetirməsidir.

2018-2020-ci illər aralığında “Lill”nin əvəzedicilər heyətində çıxış edib. Növbəti 3 ildə isə “Angers B”də möhkəmlənb. Bu müddətdə icarə əsasında “Avranşes”in uğurları üçün xidmət göstərib. 2023-cü ildə Rumıniyaya yollanıb, “Botaşani” ilə anlaşıb.

İki il burada özünü göstərəndən sonra ötən ilin yayında Kiprə üz tutub. Hazırda da “Omoniya Aradippu”na aididir.

Mənbə: https://qafqazinfo.az/news/detail/qarabag-fransa-yigmasinin-vingerine-teklif-gonderdi-501291

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button