“Qarabağ”la matçda yaranan mübahisəli epizodlar haqqında sözlər

“Qafqazinfo” xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov komandasının “Qarabağ”la keçirdiyi matçda yaranan penalty epizodlarından danışıb.
“Mənə görə, hər ikisi penalty idi. O penaltylər nəticəyə nə qədər təsir edəcəkdilər, o başqa sualdır. 25-ci dəqiqədə “Qarabağ”dan 1:0 irəli çıxırsa. Təbii ki, üzərlərində basqı olacaqdı, amma “Qarabağ” kimi komanda oradan da oyunu çevirə bilər.
Amma bizim üçün üstünlük olacaqdı, çünki oyuna çox fəal başlamışdıq. Futbolçular daha inamlı olacaqdı. Rəqib daha çox basqı altında olacaqdı.
İkinci 86-cı dəqiqədə idi, qol vursaq, 3:2 olacaqdı, oyunun gedişinə təsir edəcəkdi, ya yox, bilmirəm.
Maraqlı olan odur ki, mən əminəm ki, epizodları şərh etdikdə haqq qazandırılacaq ki, penalty deyildi. Digər tərəfdən, hər iki epizodda penalty verilsəydi, şərhlər olacaqdı ki, penaltydir. Son vaxtlar epizodların şərhləri adamı o baxımdan məyus edir ki, penalty verilsəydi, şərh edəcəkdilər ki, penaltydir. Verilmədi, deyəcəklər, penalty deyildi.
Fərid Hacıyev – Nicat İsmayıllının “Zirə”nin əvvəlki oyunlarında mübahisəyə açıq epizodlarla bağlı qərarları olub. Bu gün də bu tandem mübahisəyə açıq qərarlar verdi.
Mənbə: https://qafqazinfo.az/news/detail/hakimler-mubahiseye-aciq-qerarlar-verdi-video-502259








