Qusarda Avtoxuliqanlıq Edən Sürücü Saxlanılıb – Video » DaylyAz
Kriminal

Qusarda avtoxuliqanlıq edən sürücü saxlanılıb – Video

Qusar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı, yol hərəkəti qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq edən 28 yaşlı Tural Qasımov saxlanılıb. Onun idarə etdiyi 38-BX-530 dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı nəqliyyat vasitəsi, təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. Araşdırma zamanı sürücünün avtoxuliqanlıq edən zaman narkotik və spirtli içkinin təsiri altında olduğu da müəyyən edilib.

Sürücünün məhkəməyə göndərilməsi qeyd edilib. Məhkəmənin qərarı ilə Tural Qasımovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs edilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/qusarda-avtoxuliqanliq-eden-sexs-1-ayliq-hebs-edildi-video-495384

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button