Şou Biznes Xəbərləri
Rəqsanə Nəsimi Nəbizadə haqqında danışdı

“"Mən də bu mövzu haqqında fikirlərimi bildirmək istəyirəm. Dünəndən baxıram ki, narkoloji reabilitasiya mərkəzlərindən birindən jurnalistlərdən biri gedib və onu tapa bilmirlər".
O, keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən qaçması barədə belə reaksiya verib:
"Sonra həmin mərkəzin bütün sosial media hesablarına baxdım və gördüm ki, ona orada göstərilən diqqət və qayğı çox yüksək səviyyədədir. Ona necə diqqət etdiklərini də gördüm. Düzdür, jurnalistin həmin mərkəzdən qaçması birmənalı qarşılanıb. Hərə öz fikrini bildirib. Düşünürəm ki, bu insanların onlara dəstək olması pis bir şey deyil. Onlar qayda-qanunla fəaliyyət göstərirlər".
Mənbə: https://news.milli.az/showbiz/1310987.html







