Rəşad Nəbiyev Baroness Lloyd Ilə Görüşdü - Fotolar » DaylyAz
Politika

Rəşad Nəbiyev Baroness Lloyd ilə görüşdü – Fotolar

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini Baroness Lloyd ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan – Böyük Britaniya strateji tərəfdaşlığının yeni mərhələsi, xüsusilə süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. 

Eyni zamanda Böyük Britaniya universitetləri ilə birgə proqramlar, təqaüdlər və rəqəmsal akademiyalar vasitəsilə insan kapitalının inkişafı, eləcə də süni intellekt üzrə data mərkəzlərinə investisiya istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/resad-nebiyev-baroness-lloyd-ile-gorusdu-fotolar-501212

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button