Ramiz Vəliyevin Cəzası Azaldıldı, Amnistiya Aktı şamil Edilib » DaylyAz
Kriminal

Ramiz Vəliyevin cəzası azaldıldı, amnistiya aktı şamil edilib

“Qafqazinfo” xəbər verir ki, Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək 5 il müddətinə məhkum edilmiş keçmiş diplomat Ramiz Vəliyevin cəzası azaldılıb.

Belə ki, Bakı Apellyasiya Məhkəməsi onun barəsində yekun qərarını açıqlayıb. Bu qərara əsasən, R. Vəliyevinə amnistiya aktı şamil edilməklə cəzası 6 ay azaldılıb.

Xatırladaq ki, sabiq diplomat Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi üzrə təqsirli bilinib.

Qeyd edək ki, bu barədə ilk xəbəri “Gününsəsi.info” internet saytı yayıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/ramiz-veliyevin-cezasi-azaldildi-496700

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button