Real Madrid "Atletiko"nu "doqquzluğa" Zərbə Vurub » DaylyAz
Idman Xəbərləri 206

Real Madrid “Atletiko”nu “doqquzluğa” zərbə vurub

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İspaniya Super Kubokunun yarımfinalında Madrid derbisi baş tutub. “Qafqazinfo” xəbər verir ki, “Real Madrid” əzəli rəqibi “Atletiko”nu 2-1 hesabı ilə məğlub edərək turnirin finalına vəsiqə qazanıb.

“Kral Abdullah İdman Şəhəri” stadionunda keçirilən qarşılaşmada “Kral Klubu”nun baş məşqçisi Xabi Alonsonun yetirmələri ilk hissədən fərqləniblər. Matçın startından cəmi 75 saniyə sonra Federiko Valverde 25 metrlik məsafədən cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını önə keçirib.

“Kral Klubu” 55-ci dəqiqədə Rodrigonun qolu ilə fərqi ikiyə çatdırsa da, 58-ci dəqiqədə “Atletiko”nun hücumçusu Aleksandr Sörlot baş zərbəsi ilə fərqi minimuma endirib. Matçın son dəqiqələri qarşılıqlı hücumlarla keçsə də, hesab dəyişməyib.

Bu qələbə ilə “Real Madrid” yanvarın 11-də keçiriləcək final matçında əzəli rəqibi “Barselona” ilə “El Klasiko”ya çıxacaq.

Valverdenin Yan Oblakın qoruduğu qapının “doqquzluğuna” göndərdiyi zərbəni təqdim edirik:

Mənbə: https://qafqazinfo.az/news/detail/qapinin-doqquzluguna-ele-zerbe-vurdu-ki-video-494795

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button