"Real Madrid" Formasını 100-cü Dəfə Geyindikdən Sonra Göstərdiyi çıxışla Diqqəti çəkən Arda Gülər » DaylyAz
Idman Xəbərləri 206

“Real Madrid” formasını 100-cü dəfə geyindikdən sonra göstərdiyi çıxışla diqqəti çəkən Arda Gülər

Turkiyə millisinin futbolçu Arda Gülər 100-cü dəfə “Real Madrid” formasını geyindiyindən sonra klubun televiziya kanalına müsahibə verib.

Gənc yarımmüdafiəçinin çıxışı xüsusilə diqqət çəkib, o, müsahibəni tamamilə ispan dilində verib.

Oyunun ardından mikrofon qarşısına keçən Arda Gülər həm qələbə, həm də yubiley matçı ilə bağlı sevincini bölüşüb.

Arda Gülər: “Çox sağ olun. Qələbəyə və dünyanın ən yaxşı klubu Real Madridin formasını 100-cü dəfə geyindiyimə görə çox xoşbəxtəm. Bəli, bu gün həm də mənim ad günümdür. Hər şey üçün təşəkkür edirəm. Hala Madrid!”

Gənc futbolçunun ispan dilində sərbəst danışması sosial mediada da maraqla qarşılanıb və azarkeşlər tərəfindən müsbət rəylər alıb.

Qeyd edək ki, Arda Gülər “Real Madrid” forması ilə 100-cü oyununu Bernabeuda “Benfika” ilə keçirib. Yubiley matçından sonra klub prezidenti Florentino Perez Yarımmüdafiəçiyə xatirə forması hədiyyə edib.

21-ci doğum günündə bu mərhələyə çatan Arda Gülər komanda ilə üçüncü mövsümünü yaşayır. Gənc futbolçu bu müddətdə beş titul qazanıb: 1 Çempionlar Liqası, 1 Klublararası Dünya Kuboku, 1 UEFA Super Kuboku, 1 La Liqa və 1 İspaniya Super Kuboku.

Onun 100 oyununun 74-ü qələbə ilə başa çatıb. Qarşılaşmaların bölgüsü belədir: 63-ü La Liqada, 17-si Çempionlar Liqasında, 9-u Kral Kubokunda, 7-si Klublararası Dünya Kubokunda, 3-ü İspaniya Super Kubokunda və 1-i UEFA Super Kubokunda keçirilib.

Meydana çıxma sayına görə ən məhsuldar mövsümü sonuncu mövsüm olub – 49 oyun. Ən çox qarşılaşdığı komanda isə 7 oyunla “Real Sosyedad” olub.

Mənbə: https://qafqazinfo.az/news/detail/real-madridle-100-cu-oyununa-cixdi-musahibesi-diqqet-cekdi-video-500472

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button