Idman Xəbərləri 206
“Real Madrid” son dəqiqə qolu ilə səfərdə qalib gəldi

İspaniya La Liqasının 27-ci turunda “Selta Viqo” və “Real Madrid” komandaları arasında keçirilən oyun başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, matç Viqodakı “Abanca Balaídos” stadionunda oynanılıb və 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
“Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tçuameni 11-ci dəqiqədə hesabı açıb. “Selta Viqo”nun hücumçusu Borxa İqlesias 25-ci dəqiqədə hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə yarımmüdafiəçi Federiko Valverde “Real Madrid”in qələbə qolunu vurub.
Mənbə: https://qafqazinfo.az/news/detail/real-madrid-son-deqiqe-qolu-ile-qalib-geldi-501410








