Rihannaın ABŞ-də Olan Evi ATƏŞƏ TUTULDU - FOTO » DaylyAz
Şou Biznes Xəbərləri

Rihannaın ABŞ-də olan evi ATƏŞƏ TUTULDU – FOTO

Dünya ulduzu müğənni Rihannaın ABŞ-də yerləşən evi ilə bağlı xoşagəlməz hadisə baş verib.

İlkin araşdırmalar zamanı Los Angeles polisi hadisə ilə bağlı 30 yaşlı qadını şübhəli şəxs qismində saxlayıb. İstintaqın məlumatına görə, həmin qadın avtomobildə olarkən müğənninin malikanəsinə doğru atəş açıb və binaya doğru təxminən on güllə atılıb.

Məlumatlarda qeyd olunur ki, insident baş verən vaxt Rihanna evdə olub. Xoşbəxtlikdən atışma nəticəsində xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Mənbə: https://news.milli.az/showbiz/1319695.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button