RİNN-də ABŞ Nümayəndə Heyəti Ilə Görüş Keçirildi - Fotolar » DaylyAz
Politika

RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirildi – Fotolar

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 “Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub. 

Nazirliklə ABŞ-nin Ticarət və İnkişaf Agentliyi arasında dəmiryol infrastrukturu, telekommunikasiya, kosmik texnologiyalar, süni intellekt texnologiyaları üçün data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/rinn-de-abs-numayende-heyeti-ile-gorus-kecirildi-fotolar-495141

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button