Şou Biznes Xəbərləri
Röya susqunluğunu pozdu: Qardaşı ilə duet.

Xalq artisti Röya Ayxan bu dəfə qardaşı, istedadlı musiqiçi İsmayıl Zadə ilə duet oxuyub.
Bu duet təkcə ailə bağlarının deyil, həm də güclü musiqi enerjisinin vəhdətidir. İsmayıl Zadə sadəcə ifaçı deyil – o, əksər hallarda mahnılarını özü yazır, özü bəstələyir və aranjemanını da özü edir. Onun musiqiyə yanaşması peşəkar və fərqlidir, hər notda zəhmət və istedad hiss olunur.
Pop kraliça Röya Ayxan isə hər zaman həm gənc ifaçılara, həm də ailə üzvlərinə verdiyi səmimi və səssiz dəstəklə sənətdə böyüklüyünü qoruyan nadir sənətkarlardandır.
"”Nankor" – adı kimi təsirli, melodiyası kimi kövrək, sözləri kimi sarsıdıcı… Tezliklə işıq üzü görəcək bu layihə artıq indidən böyük maraq doğurur.
Mənbə: https://news.milli.az/showbiz/1318470.html







