Beynəlxalq axtarışda olan 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Azərbaycan vətəndaşları Əbdül Ruslam oğlu Musayev və Rüstəm Əhməd oğlu Hüseynovun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vasitəçiliyi ilə Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əbdül Ruslam oğlunun, Bakı şəhəri Pirallahı rayon prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Hüseynov Rüstəm Əhməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onların barəsində təqsirləndirilən şəxs kimi cəlb etmə haqqında qərarlar qəbul edilərək beynəlxalq axtarış elan olunub.
Hər iki şəxs Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Mənbə: https://qafqazinfo.az/news/detail/rusiya-2-neferi-azerbaycana-tehvil-verdi-500991
0 Comments