Sərdar Ortacın son halı sevənlərini KƏDƏRƏ BOĞDU – VİDEO

Türkiyənin tanınmış pop ifaçılarından biri olan Serdar Ortaç uzun illərdir mübarizə apardığı Multiple Sclerosis (MS) xəstəliyi səbəbindən yenidən gündəmə gəlib.
Kadrlarda Ortaçın uzun müddət ayaq üstə qalmaqda çətinlik çəkdiyi, yerimək üçün isə ətrafındakı insanların köməyinə ehtiyac duyduğu diqqət çəkib. Bu vəziyyət MS xəstəliyinin ona fiziki vəziyyətinə təsirini bir daha göstərib.
Görüntülərdə müğənninin yalnız hərəkət etməkdə deyil, eyni zamanda danışmaqda da çətinlik çəkdiyi müşahidə olunub. Sosial şəbəkələrdə yayılan videolar qısa zamanda geniş müzakirələrə səbəb olub və minlərlə istifadəçi sənətçiyə dəstək mesajları göndərib.
Ortaç isə açıqlamasında xəstəliyin onun həyatına və düşüncələrinə təsir etdiyini bildirib. O, bu sınağın insanlara baxışını dəyişdirdiyini, əvvəlki eqosundan uzaqlaşdığını qeyd edib. Müğənni anasının "Allah səni sınağa çəkir" sözlərini xatırladaraq, bu çətinlikdən sonra həyatın dəyərini daha yaxşı anladığını və insanlara daha fərqli yanaşdığını vurğulayıb.
Mənbə: https://news.milli.az/showbiz/1319316.html







