Şou Biznes Xəbərləri
Səs tellərimin üzərində şiş var idi

Meyxanaçı Orxan Lökbatan bir neçə gün əvvəl yayılan ölüm xəbərindən danışıb.
“Səs tellərimin üzərində şiş var idi. Kəsilib götürüldü. Əməliyyat olunduğum gün verilişdə olmalıydım. Amma gedə bilmədim. Köməkçim veriliş heyətinə 5 saniyəlik video atıb ki, həqiqətən xəstəxanadayam. Onlar da pis məqsədlə yox, məlumat məqsədilə paylaşdılar. Başqa bir dırnaqarası sayt götürüb yazdı ki, Orxan ölüb. Şükür ki, həmin xəbər yayılan zaman valideynlərim, ailəm yanımda idi. Kənarda olsaydılar nə olardı bilmirəm. Valideynlərim yaşlı insanlardır.”
Mənbə: https://news.milli.az/showbiz/1318911.html







