Səfərbərlik Və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabiq Rəis Müavini Oğlunun Keçmiş Sevgilisini Təhdid Etdiyi Iddia Edilir » DaylyAz
Kriminal

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini oğlunun keçmiş sevgilisini təhdid etdiyi iddia edilir

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı təhdid olunduğunu deyən Nərmin Xudaverdiyeva sosial media hesabında paylaşım edib.

N.Xudaverdiyeva bildirdi ki, Rüstəm Orucov ona evlilik təklifi edib və bir ildən çox sevgili olublar:

“Lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O bunu həzm etməyərək evimizin qarşısına gəlib maşınıma ziyan vurur, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm. Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür”.

Qeyd olunan məsələ ilə bağlı artıq Nərmin Xudaverdiyeva polisə müraciət edib. Müraciət əsasında araşdırma aparılır.

Xatırladaq ki, Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavininin oğlu idi. O, 2017-ci ildə xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə həbs edilmişdi.

Mənbə: https://qafqazinfo.az/news/detail/generalin-oglu-kecmis-sevgilisini-tehdid-edir-496693

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button