Səidə Haqverdiyənin həbsi tələb edilib

Azərbaycan Dövlət Kukla Teatrının keçmiş quruluşçu rejissor Səidə Haqverdiyeva xüsusi ittiham qaydasında məhkəməyə verilib.
“Qafqazinfo” xəbər verir ki, hazırda həbsdə olan hakim Elsun Əhmədovun qardaşı Əfsun Əhmədov və həyat yoldaşı aktrisa Nərmin Əhmədova onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər.
Səidə Haqverdiyevanın vəkili Asim Abbasov bildirib ki, hazırda şikayət ərizəsində bir sıra nəqsiyyətlər olduğundan aradan qaldırılması üçün məhkəmə prosesləri bir neçə dəfə təxirə salınıb: “Səidə xanım mətbuatda çıxışında Nərmin Əhmədova haqqında fikirlərini bildirib. Həmçinin bəzi media subyektləri özü N.Əhmədovanın həyat yoldaşı Əfsunun Mədəniyyət Nazirliyi ilə əməkdaşlığı haqqında araşdırmalar edib, məlumatlar yayıb. Onun fəaliyyəti haqqında edilmiş araşdırmaların bizə hər hansı aidiyyəti yoxdur”
Nərmin və Əfsun Əhmədovlar S.Haqverdiyevanın Cinayət Məcəlləsinin 147.2 (Böhtan) və 148 (Təhqir) maddələri ilə təqsirləndirilməsini istəyiblər.
Şikayət Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədovun icrası verilib. Məhkəmə iclasları iki dəfə təxirə salınıb.
Qeyd edək ki, yuxarıdakı maddələr üzrə təqsirli bilinən şəxslər azadlıqdan məhrumetmə, islah işləri və ya cərimə cəzasına məhkum edilə bilərlər.
Mənbə: https://qafqazinfo.az/news/detail/seide-haqverdiyevanin-hebsi-teleb-edilir-499194







