Şəkidə Tanınmış Biznesmen Həbs Edilməsinə Səbəb Olan Cinayət Işi » DaylyAz
Kriminal

Şəkidə tanınmış biznesmen həbs edilməsinə səbəb olan cinayət işi

“Qafqazinfo”dan xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı zamanı Şəkidə fəaliyyət göstərən “Azəri koperasiyası” MMC-nin direktoru Tehran Lətifovun ana və oğlu olan Sevil Səlimova və Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istədiyi məlum olub.

Onlar Lətifovun tanışları olan, hər kəsini tanış hesab etdiyi İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovları Bakıya göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıblar. Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı idilər. Bundan xəbərdar olan qarşı tərəfin, vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməsi və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib. Nəticədə Tehran Lətifov və digərləri saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 234.4.3, 234.4.1-ci (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi), 296.2-ci (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham verilib. Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsi tərəfindən Tehran Lətifov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/sekide-taninmis-biznesmen-hebs-edildi-ana-ile-oglunu-serlemek-isteyibmis-497197

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button