Idman Xəbərləri 206
Sabah Nərimanı kim əvəz edəcək? – Açıqlama+Video

“Nərimanın əvəzinə başqa oyunçu olmayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la baş tutacaq oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
O, jurnalistin “Nəriman Axundzadə siyahıda yoxdur, əlavə kimisə sifariş etmək olar?” sualına belə cavab verib:
“Xeyr, bu oyunda olmayacaq. Əfsuslar olsun ki, onun əvəzinə heç kimi əlavə edə bilmərik. Yalnız akademiyadan hansısa gənc oyunçunu əlavə edə bilərik. Ona görə də Nərimanın əvəzinə başqa oyunçu olmayacaq”.
Mənbə: https://qafqazinfo.az/news/detail/sabah-nerimani-kim-evez-edecek-aciqlamavideo-499216








