Salyanlı "Burak Özçivit" Kimi Tanınan Gənc Gündəmə Gəlib » DaylyAz
Şou Biznes Xəbərləri

Salyanlı “Burak Özçivit” kimi tanınan gənc gündəmə gəlib

Sosial şəbəkələrdə “Azərbaycanlı Burak Özçivit” kimi tanınan Salyanlı gənc geniş marağa səbəb olub.

Videoda yer alan gənc oğlanın məşhur türk aktyoru Burak Özçivitə heyrətamiz dərəcədə bənzəməsi izləyicilərin diqqətindən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri onun görünüşünü aktyorla müqayisə edərək, oxşarlığın olduqca çox olduğunu bildiriblər.

İzləyicilər arasında aparılan müzakirələrdə “Buraka çox bənzəyir”, “Azərbaycanlı Burakdır”, “Hətta Burakdan daha yaraşıqlıdır” kimi rəylər üstünlük təşkil edib. Video qısa zamanda müxtəlif platformalarda paylaşılıb və geniş müzakirələrə yol açıb.

Sözügedən görüntülər əyləncə məqsədilə çəkilsə də, sosial şəbəkələrdə böyük maraq doğuraraq izləyicilərin diqqət mərkəzinə çevrilib.

Mənbə: https://news.milli.az/interest/1312914.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button