“Şamaxı” “Neftçi”yə, “Qəbələ” “Karvan-Yevlax”a Qarşı » DaylyAz
Idman Xəbərləri 206

“Şamaxı” “Neftçi”yə, “Qəbələ” “Karvan-Yevlax”a qarşı

Misli Premyer Liqasında 22-ci tur davam edir. 

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. 

Əvvəlcə “Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edəcək. Bu komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada qalib aşkarlanmayıb – 1:1. Hazırda “Neftçi” 30 xalla 7-ci, bölgə təmsilçisi isə 25 xalla 8-ci pillədə qərarlaşıb. 

Günün ikinci matçında “Qəbələ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkəcək. Bu komandalar hazırda turnir cədvəlinin son iki pilləsində yer alıblar. “Qəbələ” 15 xalla 11-ci, Yevlax klubu isə 6 xalla 12-cidir. Bu komandaların ilk dövrədəki matçında bərabərlik qeydə alınıb – 1:1. 

14:30. “Şamaxı” – “Neftçi”

Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov

AVAR: Pərvin Talıbov

Şamaxı şəhər stadionu

17:00. “Qəbələ” – “Karvan-Yevlax”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli

AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu

16:30. “Turan Tovuz” – “İmişli”;

19:00. “Qarabağ” – “Sabah”.

“Kəpəz” – “Sumqayıt” – 3:0;

“Araz-Naxçıvan” – “Zirə” – 0:1.

Bassalu Sambu (“Neftçi”) – 9 qol;

Coy-Lens Mikels (“Sabah”) – 9 qol;

Velko Şimiç (“Sabah”) – 9 qol;

Emin Mahmudov (“Neftçi”) – 7 qol;

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) – 7 qol;

Toral Bayramov (“Qarabağ”) – 7 qol;

Karim Rossi (“Şamaxı”) – 7 qol;

Dioqo Almeyda (“İmişli”) – 7 qol.

Mənbə: https://qafqazinfo.az/news/detail/samaxi-neftciye-qebele-karvan-yevlaxa-qarsi-500477

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button