Samuel Eto'o Bu Hərəkətinə Görə Cəzalandırıldı » DaylyAz
Idman Xəbərləri 206

Samuel Eto’o bu hərəkətinə görə cəzalandırıldı

Kamerun Futbol Federasiyasının prezidenti, əfsanəvi futbolçu Samuel Eto’o Afrika Millətlər Kuboku zamanı nümayiş etdirdiyi qeyri-etik davranışa görə sərt cəzalandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Hadisə turnirin 1/4 final mərhələsində, Kamerun yığmasının Mərakeşə 0:2 hesabı ilə uduzduğu qarşılaşmada baş verib. Məlumata görə, 44 yaşlı Eto’o hakimlərin qərarlarından narazı qaldığı üçün Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepenin yanında qəzəbli və qeyri-idman jestləri edib.

CAF-ın İntizam Komissiyası məsələni araşdıraraq Samuel Eto’onu idman davranışı prinsiplərini pozmaqda təqsirli bilib. Qərara əsasən, federasiya prezidenti dörd oyunluq diskvalifikasiya edilib və o, 20 min dollar məbləğində cərimələnib.

Xatırladaq ki, bu, S. Eto’onun federasiya prezidenti kimi ilk intizam cəzası deyil. Belə ki, o, daha əvvəl də hakimlərə təzyiq və etik qaydaların pozulması iddiaları ilə gündəmə gəlmişdi.

Mənbə: https://qafqazinfo.az/news/detail/samuel-etoo-bu-hereketine-gore-cezalandirildi-495564

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button