Serbiyanın Zrenyanin şəhərində U-23 Avropa çempionatı davam edir

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın 7 güləşçisi xalça üzərinə əyləşəcək. Belə ki, bu gün Serbiyanın Zrenyanin şəhərində U-23 Avropa çempionatı davam edir. Fərid Sadıqlı (55 kq) finalda rusiyalı Alibek Amirovla, Ayxan Cavadov (60 kq) bolqarıstanlı Borislav Krasimirov Kirilovla, Elmin Əliyev (82 kq) isə macarıstanlı Sabolç İştvan Sinayla təsnifat mərhələsində qarşılaşacaq. Təsəlliverici görüşdə İlknur Qurbanov (63 kq) fransız Lukas Lo Qrassonu sınağa çəkəcək. 1/8 finalda Fərid Xəlilov (67 kq) almaniyalı Yanis Heynzelbekerlə, Fərahim Mustafayev (72 kq) isə bolqarıstanlı Dimitar Georgiyevlə, Əli Telman Quliyev (97 kq) xorvatiyalı Tomislav Brkanla güləşəcək. Qeyd edək ki, Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında indiyə qədər ümumilikdə 11 medal qazanıblar. Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu olublar. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyəv (97 kq) isə bürünc medal sahibi olublar.
Mənbə: https://qafqazinfo.az/news/detail/7-gulescimiz-ac-de-mubarizeye-baslayacaq-502207








