Sevincə görə Toliki günahlandırdı: “Çox gözəl idi, ona görə sənə vülqar görünüb”

Xalq ustası Brilyant Dadaşova geyimi ilə müzakirə yaradan qız müğənnisi Sevinc Ağaşirinovanı müdafiə edib.
"Sən məndən kiçiksən, bu sözləri müəllən deyə bilərəm. Onun üzərinə çox getdin. O qız çox gözəl idi, sadəcə sənə vulyar göründü, amma əslində belə deyildi. Bədən boyu yaxşı var, mən onu görmüşəm. Dost belə olmamalıdır, iradını kənarda bildirməli idin. Efirdə qadını pərt etmək olmaz".
Xalq ustası bildirmiş ki, dünyanın bu qədər ciddi problemlərlə üzləşdiyi bir dövrdə geyim müzakirəsi aparmaq yersizdir:
"Dünya dağılır, biz isə geyimi müzakirə edirik. Süni intellekt dövrüdür. Bizim xalqımız bu deyil. Musiqiçilərimiz, ziyalılarımız, həkimlərimiz var. Geyim müzakirə etməməliyik".
Brilyant Dadaşova əlavə edib ki, geyim insanın özünü ifadə formasıdır və diqqətlə seçilmiş libas hər zaman təqdir olunmalıdır:
"Sən bu kostyumu geyinmisən, bəyənirəm. Qarınlı kişi geyinsəydi belə, yenə bəyənərdim. Çünki diqqət göstərib geyinmisən".
Xalq ustunun bu açıqlamaları sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Mənbə: https://news.milli.az/showbiz/1311207.html







