Şeyx Əbdül Küsülü Olduğı Rasim Balayevin Dən DANIŞDI: “Hər Səhər Dua Edirəm” » DaylyAz
Şou Biznes Xəbərləri

Şeyx Əbdül küsülü olduğı Rasim Balayevin dən DANIŞDI: “Hər səhər dua edirəm”

Xəbər verdiyimiz kimi, uzun müddətdir xəstəxanada müalicə alan Xalq artisti, rejissor Əbdül Mahmudov evə buraxılıb. Onun vəziyyəti artıq stabildir.

Qeyd edək ki, Əbdül Mahmudov Xalq artisti Rasim Balayevlə uzun illər yaxın dost olub. Lakin son dönəmlərdə iki sənətkar arasında soyuqluq yaranmışdı.

Nəzərə alaq ki, Rasim Balayevin də hazırda səhhətində problemlər var və Türkiyədə müalicə alır.

Bəs bu həssas dönəmdə köhnə dostların münasibəti necədir?

Bu barədə Bizim.Media-ya danışan Əbdül Mahmudov fikirlerini Aşıq Ələsgərin bir beytilə ifadə edib: “Dost-dostdan inciyər, qəlbində dönməz. Olar bir az ərki nəz arasında.”

Rasim 4 yaşım küçükdir. Bizim aramızda inciklik şəxsi münasibətlər üzündən olmayıb. Bilirsiniz, mən uzun illər demişəm ki, bir ölkədə 2 kino qurumu olmaz, bunlar birləşdirilməlidir. Bunu da aparıb bəzi ağzıgöyçəklər Rasimə başqa cür çatdırırdılar. Aramız bu səbəbdən soyuq idi.

İndi şükür Allaha, iki kino qurumu birləşdi. Yaxın vaxtlarda qurultay olacaq. Hər səhər ilk işim Rasimə görə dua eləməkdir. Allah ona can sağlığı versin, sağ-salamat gəlsin, qurultayımızı keçirək. Mənim sədrliyə yeganə namizədim odur.

Mənbə: https://news.milli.az/showbiz/1318402.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button