Sumqayıtda 31 Yaşlı Qadın Qətlə Yetirildi » DaylyAz
Kriminal

Sumqayıtda 31 yaşlı qadın qətlə yetirildi

Sumqayıtda qətl törədilib.

“Qafqazinfo” şəhər prokurorluğuna istinadən xəbər verir ki, martın 6-da Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin ölməsi barədə məlumat daxil olub.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda  Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Saxlanılan şəxsin qətlə yetirilən qadının əri olduğu bildirilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/sumqayitda-31-yasli-qadin-qetle-yetirildi-501308

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button