Süni Intellektlə Yaratılan Materiallar şəxsin Razılığı Olmadan Cinayət Məsuliyyəti Yaradacaq » DaylyAz
Kriminal

Süni intellektlə yaratılan materiallar şəxsin razılığı olmadan cinayət məsuliyyəti yaradacaq

Qafqazinfo xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında, “İnformasiya informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif olunan dəyişiklik müzakirəyə çıxarılmışdır.

Layihəyə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən, səsindən və ya istifadə etməklə süni intellekt texnologiyalar, xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materiallar cinayət məsuliyyəti yaradacaq.

Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə, texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.

Mənbə: https://qafqazinfo.az/news/detail/bu-materiallari-hazirlayib-yaymaq-cinayet-mesuliyyeti-yaradacaq-501949

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button