Tənqidə Düşən Səhnə Obrazı - VİDEO » DaylyAz
Şou Biznes Xəbərləri

Tənqidə düşən səhnə obrazı – VİDEO

Müğənni Aysun İsmayılova bu dəfə səhnə obrazı ilə tənqid hədəfinə çevrilib.

Aysun İsmayılovanın səhnə üçün seçdiyi geyimin xüsusilə uzun çəkmələri izləyicilərin diqqətini çəkib. Bir çoxları bu detalları uğursuz hesab edərək, obrazın ümumi görünüşə uyğun gəlmədiyini bildirib. Sosial şəbəkələrdə yayılan şərhlərdə sənətçinin səhnə tərzinin zövqsüz olduğunu və geyimin isə onu olduğundan fərqli göstərdiyini qeyd olunub.

İzləyicilər hesab edirlər ki, müğənninin səhnə imici daha peşəkar şəkildə hazırlanmalı idi və bu kombin onun imicinə xələl gətirib.

İfaçının bu səhnə tərzi "uzun çəkmələr başına bəla oldu" ifadəsi ilə sosial mediada trendə çevrilib və sənətçini yenidən gündəmin mərkəzinə gətirib.

Mənbə: https://news.milli.az/showbiz/1311003.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button