Təranə Və Musanın Sevgisinin Nişanı Haqqında Sübutlar Nədir? » DaylyAz
Şou Biznes Xəbərləri

Təranə və Musanın Sevgisinin nişanı haqqında sübutlar nədir?

Müğənni Təranə Qumral və ailəsi qonaq olduqları televiziya proqramında qızı Sevginin nişanı ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildiriblər.

Təranə Qumral bildirib ki, qızının nişanı olmayıb:

"Qızımızın nişanı olmayıb ki… Verilişlərdə xonça düzəldib Sevginin əlinə verdilər ki, şirinlik paylasın. Biz evdə belə bir şey etməmişik. Sadəcə iki efirdə şou xarakterli görüntülər olub. Evə gedəndən sonra Sevgim məni danladı ki, 'bu xonça nə idi?' Ortada heç nə yoxdur".

O əlavə edib ki, Sevginə elçi düşənlər var, lakin hələlik nişan məsələsi gündəmdə deyil:
"Qızımı istəyənlər var, amma nişan yoxdur. Hələ tezdir".

Qeyd edək ki, yayılan görüntülər sosial mediada geniş müzakirələrə səbəb olmuşdu.

Mənbə: https://news.milli.az/showbiz/1313884.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button