Tanınmış Futbolçunun Xanımı Türkiyədə Qəzaya Düşdü » DaylyAz
Idman Xəbərləri 206

Tanınmış futbolçunun xanımı Türkiyədə qəzaya düşdü

“Fənərbaxça”nın portuqaliyalı müdafiəçisi Nelson Semedonun həyat yoldaşı yol qəzasına düşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Yavuz Sultan Səlim körpüsündə baş verib.

Məlumata görə, futbolçunun həyat yoldaşı Marlene Alvarenqanın olduğu mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Sürücü və qadının səhhətlərinin stabil olduğu qeyd olunub.

Mənbə: https://qafqazinfo.az/news/detail/taninmis-futbolcunun-xanimi-turkiyede-qezaya-dusdu-500785

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button