“Temu” insanları necə aldadır? – Əməkdar artist məhkəməyə verdi – FOTO 2

Əməkdar artist Nəhəminə Ərüçovanın fotosu Çinin onlayn alış-veriş platforması olan "Temu"- da yerləşdirilib. Məhsulun effektini göstərmək üçün tonal kremi reklamında azərbaycanlı aktrisanın fotosundan istifadə edilib. Sözügedən foto isə azərbaycanlı stilist Anar Ağakişiyevin 2018-ci ildə Əməkdar artistlə çəkdiyi dəyişim videosundan götürülüb.
O qeyd edib ki, "Temu"- da şəkil özbaşına paylaşıb:
"Bu məsələyə dair vəkilləm ilə danışmışam. Mənə xəbər vermədən, hansı ixtiyarla bu şəkil ucuz məhsullarla paylaşılıb? Öz tərəfimdən, mətbuat katibim onlara məktub göndərib. Hələ ki, onlardan cavab yoxdur. O foto illər öncə çəkilib və orada Anar bəy öz məhsullarından istifadə edib. Anarın bütün məhsulları brenddir. Lakin onlar, öz ucuz məhsullarını mənim şəklimlə brend kimi təqdim ediblər. Bütün hallarda bu məsələ məhkəməlikdir. Mən icazə verirəm, bu məsələ qaldırılsın".
Mənbə: https://news.milli.az/showbiz/1313941.html







