"Teşkilat"ın Məşhur Aktyoru Koray Ergün Vəfat Etdi - FOTO » DaylyAz
Şou Biznes Xəbərləri

“Teşkilat”ın məşhur aktyoru Koray Ergün vəfat etdi – FOTO

Türkiyənin məşhur teatr və kino aktyoru Koray Ergün 68 yaşında vəfat edib.

Aktyor qabaqlarda sağ əlində yaranan zəiflik səbəbilə xəstəxanaya yerləşdirilmiş, aparılan MRT və KT müayinələri zamanı beynində diametri 3 santimetr olan şiş aşkarlanmışdı. 6 fevral 2025-ci il tarixində təxminən 5 saat davam edən mikrocərrahi əməliyyat nəticəsində şişin tam çıxarıldığı bildirilmişdi.

Qeyd edək ki, uzun illər Türkiyə teatrı və televiziyasına xidmət edən Koray Ergün Ankara İncəsənət Teatrı (AST) və Ekin Teatrı kimi nüfuzlu teatr kollektivlərində fəaliyyət göstərib . O, çoxsaylı teatr tamaşaları, film və televiziya layihələrində canlandırdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb.

Mənbə: https://news.milli.az/showbiz/1311027.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button