Tolikin Yeni Layihəsi Yenidən Bəlli Oldu » DaylyAz
Şou Biznes Xəbərləri

Tolikin yeni layihəsi yenidən bəlli oldu

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) yenidən izləyicilərin qarşısına çıxmağa hazırlaşır.

Tarix Əliyev bildirib ki, yaxın vaxtlarda "Səmimi" adlı "YouTube" layihəsi yenidən yayımlanacaq.

"Bir zamanlar efirə çıxan müğənniləri tənqid edənlər bu gün özləri hər gün verilişlərdədirlər. Amma çox maraqsız efirlər təqdim olunur. Darıxmayın, tezliklə mənim 'Səmimi' "YouTube" layihəm yenidən yayımlanacaq", – deyə Tarix Əliyev qeyd edib.

Qeyd edək ki, bu gün Tarix Əliyev aparıcısı olduğu "Tarixin bir günü" proqramının canlı yayımında tamaşaçıları ilə vidalaşıb və Space TV-dən getdiyini açıqlayıb.

Mənbə: https://news.milli.az/showbiz/1319235.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button