“Tramp Marşrutu”na Dair Birgə Bəyənat Imzalayacaqlar » DaylyAz
Aktual xəbərlər

“Tramp Marşrutu”na dair birgə bəyənat imzalayacaqlar

Ermənistan xarici işlər naziri yanvarın 13-14-də ABŞ-də işgüzar səfərdə olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in rəsmi sözçüsü Ani Badalyan açıqlayıb.

Onun sözlərinə görə, A.Mirzoyan səfər çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirəcək. 

Badalyan həmçinin qeyd edib ki, tərəflər görüş zamanı “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsinə dair birgə bəyənat imzalayacaqlar.

Mənbə: https://qafqazinfo.az/news/detail/tramp-marsrutuna-dair-birge-beyenat-imzalayacaqlar-495226

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button