Türkiyədə Ağır Qəza: Azərbaycan Vətəndaşı Öldü » DaylyAz
Aktual xəbərlər

Türkiyədə Ağır Qəza: Azərbaycan Vətəndaşı Öldü

Türkiyədə Azərbaycan vətəndaşı Elməddin Qurbanov ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Qafqazinfo DHA-ya istinadən xəbər verir ki, qəza Sivasın Yıldızeli rayonunda baş verib.

Belə ki, Sivas-Tokat avtomobil yolunun Çamlıbel aşırımında Azərbaycan vətəndaşı Elməddin Qurbanov idarə etdiyi yük avtomobili Tokat istiqamətində hərəkət edən Davut Kayalının idarə etdiyi digər yük avtomobili ilə toqquşub. Qəza zamanı E.Qurbanov hadisə yerində keçinib. Onun cəsədi aidiyyətı üzrə təhvil verilib.

Digər nəqliyyat vasitəsində olan sürücü və sərnişin xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Qəza ilə bağlı istintaq aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/turkiyede-agir-qeza-azerbaycan-vetendasi-oldu-500399

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button