Türkiyəli məşhur 45-ci estetik əməliyyatını keçirdi – VİDEO

Türkiyə maqazin dünyasında yenidən qalmaqallı iddia gündəmə gəlib.
Son dövrlər görünüşündəki dəyişikliklə diqqət çəkən Özkurtellerin illər əvvəlki fotoları sosial şəbəkələrdə yenidən paylaşılmağa başlayıb. Fenomenin köhnə və indiki görüntüləri yanaşı yayımlandıqdan sonra izləyicilər iki yerə bölünüb. Bəziləri "Bu qədər əməliyyat çox deyilmi?" deyə reaksiya versə də, digərləri "Hər kəs istədiyi kimi görünməkdə azaddır" fikrini səsləndirib.
İddialara görə, Pınar Özkurteller bu günə qədər burun estetikası, üz gərmə prosedurları, dodaq dolğuları və bədən formalaşdırma əməliyyatları daxil olmaqla çoxsaylı müdaxilələr etdirib. Lakin 45 əməliyyat keçirdiyi barədə yayılan məlumatlar hələ rəsmi şəkildə təsdiqlənməyib. Yaxın çevrəsinin isə "O, dəyişimi sevir və özünə qulluq etməyə çox önəm verir" dediyi bildirilir.
Fenomenin son paylaşımlarında üz cizgilərinin daha kəskin görünməsi və çənə xəttinin daha nəzərəçarpan olması izləyicilərin diqqətindən yayınmayıb. Estetik məsələlərdə açıq mövqeyi ilə tanınan Özkurteller daha əvvəl verdiyi açıqlamalarda "Güzgüyə baxanda özümü xoşbəxt hiss etmək istəyirəm" sözlərini işlətmişdi. Bu ifadələr də yayılan iddialardan sonra yenidən gündəmə gətirilib.
Maqazin kulislərində danışılan digər bir məqam isə odur ki, Pınar Özkurtellerin estetik müdaxilələri birdən-birə deyil, illər ərzində mərhələli şəkildə etdirdiyi iddia olunur. Mütəxəssislər isə belə mövzularda sosial şəbəkələrdə tez-tez şişirdilmiş rəqəmlərin yayıldığını qeyd edirlər.
Bütün bu iddialardan sonra diqqətlər yenidən Pınar Özkurtellerə yönəlib. Maraqlıdır, fenomen bu söz-söhbətlərə cavab verəcəkmi, yoxsa susqunluğunu qoruyaraq yoluna davam edəcək? Görünən odur ki, onun estetik dəyişimi hələ uzun müddət maqazin gündəmində qalacaq.
Mənbə: https://news.milli.az/showbiz/1320103.html







